Putin hava limanına Fərman Salmanovun adını verdi - Rəsmi
Rusiya Prezidenti Vladimir Putin 40-dan çox hava limanına tarixi rus şəxsiyyətlərin adlarının verilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, məşhur azərbaycanlı geoloq, Sibirdə zəngin neft yataqları aşkarlayan Fərman Salmanovun adı rəsmən Surqut Hava Limanına verilib.
“Şeremetyevo” Hava Limanına yazıçı Aleksandr Puşkinin, “Domodedovo”ya alim Mixail Lomonosovun, “Vnukovo”ya alim, təyyarə dizayneri Andrey Tupolevin adı verilib.
Bundan başqa, Sankt-Peterburq, Soçi, Nijni Novqorod, Yekaterinburq, Krasnodar, Ufa, Tomsk, Xabarovsk, Yakutsk və digər hava limanları da adlandırılıb.
Xatırladaq ki, 2018-ci ilin dekabrında Rusiyada ümumxalq səsverməsinin nəticələrinə əsasən, Fərman Salmanovun (1931-2007) adının Surqut hava limanına verilməsi istənilmişdi. Rusiya prezidentinin bugünkü sərəncamı tarixi hadisəni rəsmiləşdirib.
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...