Spiker Oqtay Əsədov: “Kartdan pul çıxara bilmirəm” 

17:54 31-05-2019 | icon 3287
Spiker Oqtay Əsədov: “Kartdan pul çıxara bilmirəm” 

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov post-terminalların işləməməsindən şikayətlənib. 

O.Əsədov vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil?

Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.


Digər xəbərlər

0.30385899543762