Leyla Əliyeva autizm sindromlu uşaqlarla bir arada - Fotolar
Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub. Tədbir "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi, "Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdiriblər, pianoda və xor şəklində mahnılar ifa edərək “Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışıblar.
Festivalda iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.
Festivalda autizm sindromlu uşaqlar podiumda model kimi bacarıqlarını da göstəriblər. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim ediblər.
Tədbir ərzində qonaqların "Autizm nədir?" sualına cavab tapmaları üçün qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...