Ramil Usubov daha bir rəisi işdən çıxardı
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.
Bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.
Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.(qafqazinfo)
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...