Bakıda vəkil polis bölməsində döyülüb - Anar Bağırov məsələyə qarışdı

13:33 01-06-2019 | icon 3897
Bakıda vəkil polis bölməsində döyülüb - Anar Bağırov məsələyə qarışdı

Bakıda polis bölməsində vəkilə qarşı zorakılıq olub.

Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.

Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

***

Vəkil Aqil Layıcov bildirib ki, həmkarına qarşı  zorakılıq edilərək onu da müvəkkilin yanına saxlanma yerinə salıblar.(qafqazinfo)


Digər xəbərlər

0.18470811843872