Azercell növbəti dəfə tələbələr ilə görüşdü
Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərində fəal iştirak edən “Azercell Telekom” MMC növbəti dəfə Xəzər Universitetində ənənəvi olaraq təşkil olunan İş Sərgisində tələbələrlə görüşüb. Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri sərgi iştirakçılarına şirkətdə mövcüd karyera imkanları və xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, bu il Azercell tələbələr üçün yeni “Azercell-Lab”- ödənişli təcrübə proqramını elan edib. Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Seçim mərhələlərini uğurla keçən tələbələr “”İT-lab” və “Biznes-lab” inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək, Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanı əldə edirlər.
Məlumat üçün bildirək ki, Azercell daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən tələbələrə Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.
“Azercell Telekom” MMC öz fəaliyyəti dövrü ərzində gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə daim öz töhfəsini verir
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...