Zığda bağça tərbiyəçisi uşağı söyüb təhqir etdi - Video

11:16 02-06-2019 | icon 3361
Zığda bağça tərbiyəçisi uşağı söyüb təhqir etdi - Video

Bakının Sabunçu rayonunun uşaq bağçalarının birində tərbiyəçinin uşağı təhqir etməsini əks etdirən video yayılıb.

Videonu Aynur Şahkərimova adlı xanım Feysbuk hesabında paylaşıb.

O, videonu belə şərh edib: "Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib. Biri bu gün "uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu video ilə təbrik edirəm, mübarək olsun!”

Məsələylə bağlı Azxeber.com-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır:

"Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”.

Həmin videonu təqdim edirik:

 

 

 


Digər xəbərlər

0.27567505836487