Taleh Heydərov atasından küsüb, yoxsa bu planlı məlumatdır?

11:18 02-06-2019 | icon 2558
Taleh Heydərov atasından küsüb, yoxsa bu planlı məlumatdır?

“Qəbələ” Futbol klubunun sabiq prezidenti, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərov hələ də xaricdədir. Mətbuat yazır ki, Tale Heydərov hazırda xaricdə yaşadığı üçün Azərbaycana gəlmir və guya o atasından küsüb. Hətta atasından küsdüyü üçün “Qəbələ” idman klubunun prezidenti vəzifəsindən istefa verib. Məlumatla  bağlı unikal.org-a açıqlama verən babası, millət vəkili Fəttah Heydərov isə bildirib ki, Tale Heydərov xaricdəki biznesi ilə bağlı ölkədə deyil.

 Taleh Heydərovun atası Kəmaləddin Heydərovdan küsməsi və bu səbəbdən də  “Qəbələ”nin prezidenti postundan istefa verməsi xəbəri özləri tərəfindən planlaşdırılmış məlumatdır.

T.Heydərovun Bakıda yaşamadığını və ümumiyyətlə ölkədən kənarda qalması təhlükəsizliklə bağlıdır. Üstəlik Heydərovların xaricidəki biznesinə nəzarət Talehin nəzarəti altındadır.  Kifayət qədər diqqətli, yetkin və ailəsinə bağlı olan Taleh Heydərov Avropada konkret bizneslə məşğuldur və Azərbaycana qayıtmaq niyyətində deyil.

Atası Kəmaləddin Heydərovdan küsməsi xəbəri isə planlaşdırılmış şəkildə özləri tərəfindən yayılan xəbərlərdir. Bu xəbərlə ata Heydərov öz övladlarının gələcəkdə yarana biləcək problemlərdən sığortalayır. Hətta Kamaləddin Heydərov sabah nazir postundan uzaqlaşdırılsa belə, Taleh Heydərvun əlindəki biznes atanın deyil, məhz Taleh Heydərovun olduğu isbatlanacaq. Sabah Taleh Heydərov çıxıb deyəcək ki, mən atamla 5 ildir küsülüyəm və bu biznesi özüm qazanmışam. Atamdan qalan “Qəbələ”dən də imtina etmişəm. Bax beləcə özünü və gələcəyini sığortalamış olacaq.(bizimxeber)


Digər xəbərlər

0.30903720855713