İK üzvləri milli komandayla görüşdü: “İnanıram ki, iyunun 8-də qələbə bizimlə olacaq”  

21:26 03-06-2019 | icon 2607
İK üzvləri milli komandayla görüşdü: “İnanıram ki, iyunun 8-də qələbə bizimlə olacaq”
 

Bu gün Mərdəkandakı Milli komandaların təlim-məşq bazasında AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Tədbir başa çatdıqdan sonra İK üzvləri həmin vaxt məşqdə olan milli üzvlərinə tərəf yollandılar. AFFA prezidenti Rövnəq Abdullayev yığmamıza Bakıda iyunun 8-i və 11-də Macarıstan və Slovakiya ilə keçiriləcək qarşıdakı oyunlarda uğur arzuladı.

 

Assosiasiya rəhbəri qarşıdakı Avropa çempionatında millimizi də görmək istədiyini dilə gətirdi: “Qarşıdan vacib oyunlar gəlir. Həmin görüşlərdən qalib ayrılmaq üçün hər şey etmək lazımdı. Azərbaycansız Avropa çempionatı bayramı tam dolğun olmayacaq. Millimizi AVRO-2020-də görmək istəyirik. Bu, öz əlimizdədir. İnanıram ki, bunun öhdəsindən gələcəksiniz. Niyə də yox!? İnanıram ki, iyunun 8-də qələbəni biz bayram edəcəyik. Meydana çıxıb qələbə qazanmaq lazımdı! Bizi sevindirməyə çalışın, bunun üçün var gücünüzü ortaya qoyun. Bu, həm də gələcək karyeranızda üçün çox vacibdi”.

 

Futbolçuların adından çıxış edən Maksim Medvedev AFFA prezidentinə təşəkkür etdi: “Çox sağ olun ki, bizə baş çəkdiniz. Komandada ab-hava olduqca yaxşıdı. Uğur qazanmaq üçün hər şey edəcəyik”.


Digər xəbərlər

0.22931313514709