Lənkəranda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

21:49 03-06-2019 | icon 2827
Lənkəranda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

İyunun 3-də Lənkəran şəhərində su təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə yığıncaq keçirilib.

Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etməklə sözügedən sahənin inkişafında müstəsna xidmətləri olmuş dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. 

Sonra Lənkəran ŞİH-nin akt zalında bayram tədbiri keçirilib. Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev tədbir iştirakçılarını Lənkəran ŞİH başçısı adından təbrik edərək su təsərrüfatı işçilərinin fədakar əməyindən söz açıb, vaxtilə Heydər Əliyevin ardıcıl diqqəti ilə inkişaf etmiş su təsərrüfatının bu gün Prezident İlham Əliyevin yaxından qayğısı hesabına inkişafının ən yüksək mərhələsinə çatdığını, əhalinin içməli su ilə təchizatının və əkin sahələrinin suvarma imkanlarının daha da yaxşılaşdığını diqqətə çatdırıb. 

Yığıncaqda çıxış edənlər ölkənin su təsərrüfatının yenilənməsi, əhalinin təmiz içməli su ilə təchizatı sahəsində dövlət səviyyəsində görülən işləri yüksək dəyərləndirməklə su təsərrüfatı işçilərini bayram münasibətilə təbrik edib onlara uğurlar arzulayıblar. Sonda rayonun ictimai-siyasi həyatında və su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əmək qabaqcılına şəhər İcra hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.

 



Digər xəbərlər

0.3052990436554