Babazanlıda yeni su təchizatı sistemləri istismara verilib - Foto
Ramazan bayramı və 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Salyan şəhərinin Babazanlı yaşayış massivində yeni yaradılmış su təchizatı sistemləri istismara verilib.
Bu münasibətlə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsini ziyarət edib.
Babazanlı yaşayış massivində keçirilən açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Salyan rayonunda içməli su təchizatı həmişə aktual olub. Salyan şəhərində yeni mənbədən suyun verilməsinə başlandıqdan sonra şəhərdə su və kanalizasiya şəbəkələrinin yenilənməsi işləri davam etdirilir.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Salyan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Bu layihə çərçivəsində şəhərin uzun illərdir içməli sudan əziyyət çəkən Babazanlı yaşayış massivində də içməli su layihəsi icra olunub.
Babazanlı yaşayış massivi Salyan şəhərinin böyük bir hissəsini əhatə edir. Burada mərkəzləşdirilmiş su təchizatı sustemi mövcud olmayıb. Sakinlər uzun illər fərdi qaydada quraşdırılmış nasoslar vasitəsilə Kür çayından götürülmüş sudan istifadə edib.
Açılış mərasimindən sonra Rayon İcra Hakimiyyətində 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təmin olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olduğunu xatırladıb. Tədbirdə əmək fəaliyyətindən fərqlənən su təsərrüfatı işçiləri təltif olunub.
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...