Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

12:16 04-06-2019 | icon 2314
Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Ramazan bayramı ərəfəsində Bakıda yarmarkaların təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib ki, yarmarka “Kənddən Şəhərə” brendi altında təşkil olunacaq.

Paytaxt sakinləri Yasamal və Nizami rayonlarında keçiriləcək yarmarkalarda fermerlərin vasitəçilərsiz, birbaşa satışa çıxaracağı keyfiyyətli məhsulları daha ucuz qiymətə ala biləcəklər. Yasamal rayonunda yarmarka Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında, Nizami rayonunda isə Qara Qarayev prospekti, 36A ünvanında, “Orbita” Ticarət Mərkəzinin yanında təşkil olunacaq. 

Leyla Məmmədova bildirib ki, iyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

 


Digər xəbərlər

0.28113794326782