Qadın cüdoçularımız 1 qızıl, 3 bürünc medal qazanıb - Fotolar

12:34 04-06-2019 | icon 4008
Qadın cüdoçularımız 1 qızıl, 3 bürünc medal qazanıb - Fotolar

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışında mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə edib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

Qeyd edək ki, 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

 



Digər xəbərlər

0.33289504051208