Gerye də “Qarabağ”dan getdi

12:35 04-06-2019 | icon 3073
Gerye də “Qarabağ”dan getdi

Haitili futbolçu Donald Gerye "Qarabağ" futbol klubu ilə yollarını ayırıb.

Bu haqda 30 yaşlı yarımmüdafiəçi  İnstaqram hesabında məlumat verib.

2017-ci ildən “Qarabağ”da çıxış edən D. Gerye paylaşımında Ağdam təmsilçisinə hər şey üçün təşəkkür edib.

Daha əvvəl o, “Qarabağ”ın ona verdiyi maaşdan narazı olduğunu bildirmişdi. Lakin, ağdamlılar onun istəyini hələ ki, yerinə yetirmək niyyətində olmadıqlarını bildirmişdi.

Xatırladaq ki, ölkə çempionu daha öncə Yakub Jezniçak, Reynaldo və İnnosent Emeqara ilə də vidalaşıb.

 


Digər xəbərlər

0.24142694473267