Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzdi - Video

16:54 04-06-2019 | icon 3362
Azərbaycanda taksi sürücüsü məktəbliləri belə vurub əzdi - Video

Azərbaycanda şagirdlərin iştirakı ilə dəhşətli hadisə qeydə alınıb.

Insident məktəblərdən birinin qarşısında baş verib.

Görüntülər təhlükəsizlik şəhər kamerasına düşüb. Belə ki,  “VAZ-2107” markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.

 

Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. Birdən “VAZ-2107” markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar “07”ni güclə geri çəkilir. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

Qızlardan biri isə daxili qanaxması ilə xəstəxanaya çatdırılır.(avtosfer)

Ürəyi zəif olanların görüntüləri izləməsi tövsiyə olunmur.

 

 


Digər xəbərlər

0.24497103691101