İcra hakimiyyətindən iddialarla bağlı - Açıqlama
Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisində yüksək gərginlikli elektrik xətlərinin altında obyektlər və restoranlar tikilməsi xəbəri ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Son illər rayonda gedən abadlıq və quruculuq işlərinin ardıcıl davamı olaraq T.Abbasov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsindən başlanan 9600 kv metr, yəni parkın I hissəsi abadlaşdırılıb, müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılmış, həmin ərazidə sakinlərin istirahəti üçün lazımı şərait yaradılaraq onların istifadəsinə verilib.
Ş.Mirzəyev küçəsi boyunca sahibkarlar tərəfindən icarəyə verilən obyektlərin qarşısındakı çay evləri həmin obyektlərin sahibləri ilə aidiyyəti orqanlarla bağlanmış mövsümi müqavilə əsasında fəaliyyət göstərirlər.
Sözügedən ərazi, yəni parkın II hissəsi – Ş.Mirzəyev küçəsi boyunca olan sahənin abadlaşdırılması üçün tərəfimizdən təkliflər hazırlanmış, hazırda layihələndirmə və sənədləşdirmə işləri aparılır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra ərazidəki çay evləri yığışdırılaraq ərazidə abadlaşdırılma işlərinə başlanılacaq. Bu barədə obyekt sahiblərinə xəbərdarlıq edilib”.
Qeyd edək ki, yayılan xəbərdə yüksək gərginlikli elektrik xətlərinin altında tikinti işlərinin aparıldığı, eləcə də yaşıllıqların məhv edilərək restoran və çay evlərinin tikildiyi, onların qanunsuz fəaliyyət göstərdiyi iddia olunurdu.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...