Güləşçimiz erməniyə qalib gələrək medal qazanıb
Azərbaycan güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz turnirə iddialı başlayıb. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına birinci hissə başa çatmadan qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Təmsilçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz hesabda öndə olsa da, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.
Z.Əliyev bürünc medal uğrunda prinsipial qarşılaşmada Ermənistan güləşçisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. İdmançımız bu qələbə sayəsində qitə birinciliyində komandamızın aktivinə ilk medalı yazdırıb.
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...