Lənkəranın icra başçısı səyyar qəbul keçirib - Fotolar

12:04 05-06-2019 | icon 2802
Lənkəranın icra başçısı səyyar qəbul keçirib - Fotolar

İyunun 4-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun iri yaşayış məntəqələrindən olan Şağlaser kəndində səyyar qəbul keçirib.

Qəbulda icra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak edib. Qəbul zamanı müraciət edən vətəndaşların qaldırdıqları məsələlər yerindəcə araşdırılıb və həllindən ötrü müvafiq tədbirlər müəyyənləşdirilib.

Səyyar qəbuldan razı qalan kənd sakinləri onların müraciətlərinə baxılması,qaldırdıqları məsələlərin yerindəcə araşdırılması, onları narahat edən problemlərin həllinə görə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflərlə yanaşı ölkədə və rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni yaradılan müasir yol infrastrukturu, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa verilən dəstək, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunan qərarlar da yüksək qiymətləndirilib. İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir daha tövsiyyə və tapşırıqlarını verib.

 



Digər xəbərlər

0.28139090538025