Vaqif Səlimov: "Su təsərrüfatı sektorunun böyük və şərəfli tarixi var"

12:44 05-06-2019 | icon 127
Vaqif Səlimov:
loading...

5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günüdür.

Bu münasibətlə Xaçmaz Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Səlimov saytımıza açıqlamasında su sektorunun böyük və şərəfli tarixi olduğunu diqqətə çatdırıb.

O, bildirib ki, ölkəmizdə su təchizatı və kanalizasiya layihələrinin böyük bir hissəsi Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində və müstəqilliyin ilk illərində yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu sahədə başlanılan işləri uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin, Küllülü su mənbəyinin, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir, Şəmkirçay və Quba sutəmizləyici qurğuları, ümumilikdə 39 yeni su mənbəyinin istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr verib. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.


Digər xəbərlər

0.56892800331116