"Chevrolet Azərbaycan"ın Ramazan kələyi
"Chevrolet Azərbaycan" şirkəti Ramazan kampaniyası adı altında müştərilərini aldadıb.
Bu barədə daimi müştərilərdən olan Ramazan Əliyev məlumat verib. Əliyev üzləşdiyi əhvalatı belə nəql edib: "Mən 4 ildir "Chevrolet Azərbaycan"ın müştərisiyəm. Mayın 24-də maşınımı növbəti dəfə şirkətin servisinə apardım. Sonradan isə səhifələrində Ramazan kampaniyasına start verdiklərini öyrəndim. Amma orada olduğum müddətdə heç nə müşahidə etmədim. Ona görə etiraz etdim. Sonradan dedilər ki, guya kampaniya hər gün saat 17:00-dan sonra baş tuturmuş (gülür - red.). Yəni, Ramazan paketi həmin saatdan sonra gələnlərə verilirmiş. Mən isə saat 17:00 olmamış oranı tərk etmişdim. Söhbət heç də bundan getmir. Sadəcə, bu, inandırıcı deyildi, səmimiliklərinə şübhə etdim. Çünki şirkətin özündə heç Ramazan ab-havası yox idi".
Müştəri narazılığını "Chevrolet Azərbaycan"ın "Facebook" səhifəsinə də yazıb. Şirkətdən yenə eyni cavab verilib. Əvəzində daha bir müştəri Şevki Əhmədov servisdə lazımi xidmətin göstərilməməsindən narazılıq ifadə edib: "Həmişə maşına baxan usta məşğul idi, başqa ustalar isə maşına baxmaq istəmirdilər. Sadəcə, maşının yağını dəyişdilər. Başqa problemin də olduğunu deyəndə hamısı "Mən baxmıram" cavabını verirdilər". (AutoCity)
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...