Zəhranı bu qadın oğurlayıbmış -tutuldu + Foto
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.
R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.
Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi
...
-
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
...
-
Nömrəsiz avtomobildə narkotik daşıyan sürücü - Saxlanıldı + Foto
...
-
Gültəkin Hacıbəyli saxlanıldı
...
-
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
...
-
Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident
...
-
Bakıda əməliyyat - 31 taksi sürücüsü tutuldu
...
-
Bakı aeroportunda tapançalı şəxs tutuldu
...
-
DTX Beyləqanda əməliyyat keçirdi - Vəzifəli şəxs saxlanıldı
...
-
DTX İrana işləyən casus şəbəkəsini ifşa etdi - Video
...