Fuad Abbasov bu gecə Bakıda olacaq

16:14 07-06-2019 | icon 3173
Fuad Abbasov bu gecə Bakıda olacaq

Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov iyunun 8-də səhər saatlarında Bakıda olacaq. Bu barədə “Qafqazinfo”ya onun vəkili Elman Paşayev məlumat verib.

E. Paşayev qeyd edib ki, jurnalistin Bakıya bileti artıq alınıb: “O, Şeremetyevo hava limanından Bakıya uçacaq. Təqribən saat 2-3 radələrində Bakıya çatacaq”.

Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu mayın 16-da saxlayıb. Ximki Şəhər Məhkəməsi jurnalistin Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün onun deportasiya olunması haqqında qərar çıxarıb.


Digər xəbərlər

0.41355586051941