“Dünənki oyuna üzüldüm” - Yurçeviç

19:19 07-06-2019 | icon 4038
“Dünənki oyuna üzüldüm” - Yurçeviç

Sabah Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci oyunu çərçivəsində Macarıstan yığmasını qəbul edəcək millimizin baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib.

Xorvatiyalı mütəxəssislə yanaşı tədbirdə millimizin üzvü Qara Qarayev (Q.Q.) də iştirak edib.

- 20 gündü birlikdəyik. Hər şeydən razıyam. Sevindiricidir ki, zədəlilərimiz yoxdu. Bir tək Almeydada dünən yüngül problem var idi, o da sabaha düzələcək. Doğrudu, qarşıda daha bir oyunumuz var, ancaq indi macarları düşünürəm.
 
- Q.Q: Rəqibin potensialına bələdik. Əlavə təqdimata ehtiyac yoxdu. Uzun müddətdir ki, belə ajiotajlı oyunumuz olmurdu. Azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik.
 
- Qapını Səlahətə tapşırmağınızın səbəbi? Çünki Emil Balayev yaxşı formadadı, Səlahət isə son iki ayda gərginlik içində idi. Belədə, niyə Balayev yox, Ağayev?
- Bu sualın cavabı üzdədi. Yüksək keyfiyyətlərə sahib qapıçıdı, Ağayev. Əvvəlki oyunlarımızda da Səlahət uğurlu olmuşdu.
 
- Ötən axşam gənclər yığmamızın Lixtenşteyndəki məğlubiyyəti sizə necə təsir etdi? Bu, sabahkı oyuna mənfi təsir etməyəcək?
- Dünənki oyunu izlədim. Üzüldüm. Erkən qol komandaya pis təsir etdi. Topa nəzarət bizim komandada idi. Ümumiyyətlə, gənclərimiz yaxşı komandadı və onlara ümidim böyükdü. Xeyr, bizim oyuna dünənki məğlubiyyətin təsiri olmayacaq.
 
- Erkən qol buraxsaq, bunun əvəzini çıxmaq realdımı?
- Futbolda hər şey mümkündü. Gəlin, daha çox nikbin əhvalda olaq. Əlbəttə, qol buraxa bilərik. Lakin bu, baş versə də, bunun əvəzini çıxmağa çalışacağıq.
 
-  Macarıstan Bakıya 3 xal arxasınca gəldiyini gizlətmir. Bundan hansı formada istifadə etməyi planlaşdırırsınız: açıq futbola üstünlük verərək ev sahibliyi faktorundan yararlanaraq, yoxsa mərkəzi verərək, böyük qüvvəylə irəli atılan qonaqları əks-hücumda yaxalamaqla?
- Rəqib çox yaxşı komandadı. Bir neçə futbolçuları Bundesliqada çıxış edirlər. Müdafiədə oturmayacağıq. Hansısa orta balansı tapmaq istəyərdik. Xorvatiya ilə oyundakı kimi müdafiə olunmağımızı istəyərdim. Ancaq Zaqrebdəkindən daha parlaq hücum etməyimizi də arzulayıram.

- Start heyətini beyninizdə qurmusunuzmu?
- Tam yox. Yekun qərarı verməmişəm. Xorvatiyaya qarşı oynayan 8-9 oyunçu start heyətində yer alacaq.

 (qafqazinfo)

 

Digər xəbərlər

0.28936195373535