İsmayıllı Rayon İcra Hakimmiyyətinin başçısı növbəti görüş-qəbulu Buynuz kəndində keçirib
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xalq şairi fəxri adı almış Musa Yaqubun yaşadığı Buynuz kəndi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulunun məkanı olub.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Prezidentin sərəncamları əsasında rayonda yeni-yeni istehsal-emal müəssisələrinin, sosial obyektlərin, çoxsaylı iş yerlərinin açılmasından, geniş miqyasda yol infrastrukturu şəbəkəsinin yaradılmasından, insanların həyat təminatının gündən-günə yaxşılaşdırılmasından danışıb. Qeyd edib ki, rayonun inkişafında Buynuz kəndi də özünəməxsus yer tutur. Yeniləşmə, abadlaşma, müasirləşmə bu kəndə daha çox aiddir.
Buynuz tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Akif Zülfüqarov bütün bunlara görə və Musa Yaqubu Xalq şairi fəxri adına layiq gördüyü üçün həmkəndliləri adından cənab Prezidentə minnətdarlığını bildirib.
İştirakçılar sahilbərkitmə işlərinin davam etdirilməsini, yaxınlıqdakı çınqıl karxanasının işinin ekoloji tarazlığı pozmadan, körpüyə təhlükə yaratmadan təşkilini, kənddə poçt binasının tikilməsi və ATS quraşdırılmasını, örüş sahəsinə yaxın ərazidə yerləşən transformatorun təhlükəsiz vəziyyətə gətirilməsini,kəndarası yolların düzəldilməsinə yardımçı olmağı xahiş ediblər.
Bir sıra məsələlər icra üçün vacib ünvanlara yönəldilib, aid baş idarələrə müraciət etmək qərara alınıb. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhalini də vergi fəallığına və bu əsasda kəndin problemlərinin həllində iştiraka dəvət edib.
-
Qoşulmama Hərəkatı çərçivəsində əlaqələr inkişaf etdiriləcək
...
-
Konqo ilə Azərbaycan arasında güclü əlaqələr yaradılacaq
...
-
Tarixi səfər və mühüm əməkdaşlıq istiqaməti
...
-
İlqar Mahmudov Əlik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir
...
-
Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil edilib
...
-
Cəlilabadda iftar süfrəsi təşkil edilib - Fotolar
...
-
Sabaha 20° isti proqnozlaşdırılır
...
-
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sumqayıt Tibb Mərkəzində "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib - FOTOLAR
...