Şöbədə vəkili döyən polislər işdən çıxarıldı
Vəkil Orxan Kəngərlini döyməkdə ittiham edilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin bir neçə işçisi vəzifədən azad olunub.
Bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı məlumat yayıb. O bildirib ki, Daxili İşlər Naziri Ramil Usubovun ötən gün verdiyi əmrlə şöbənin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilib.
Əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlb etmə tətbiq edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin sözügedən şöbədə döyüldüyü haqda məlumatı təkzib etmişdi. VK Rəyasət Heyətinin sədri Anar Bağırov isə məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi.
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...