İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

11:40 09-06-2019 | icon 3502
İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Prezidenti İlham Əliyev Portuqaliyanın dövlət başçısı Marselu Rebelu di Souzaya təbrik məktubu göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Digər xəbərlər

0.25177502632141