“Standart vəziyyətlər həlledici oldu” - Yurçeviç

11:44 09-06-2019 | icon 42
“Standart vəziyyətlər həlledici oldu” - Yurçeviç
loading...

Avro-2020-nin seçmə mərhələsində Macarıstan millisini qəbul edən Azərbaycan yığması rəqibinə 1:3 hesabı ilə uduzub.

Qarşılaşma başa çatandan sonra seçməmizin baş məşqçisi Nikola Yurçeviç məğlubiyyət şərh edib. O, futbolçuların pis oynamadığını bildirib:

“Uşaqlar pis oynamadılar. Əllərindən gələni etdilər. Sadəcə, standart vəziyyətlər həlledici oldu. Məğlubiyyətə görə, üzgünəm. Bu oyunu yaddan çıxarmaq lazımdır. Çünki 3 gün sonrda daha bir oyunumuz var. Çalışmalıyıq ki, Slovakiyaya qarşı daha yaxşı oynayaq. Azarkeşlərə göstərdiyi görə, onlara minnətdaram. İnanıram ki, Slovakiya ilə matçda öz dəstəklərini əsirgəməyəcəklər.

Macarıstan millisini qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərimizə gözəl dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. İlk 20 dəqiqədə çox həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə çox təhlükəli oynadı. Sonradan oyunu bərabərləşdirdik. Yaxşı döyüşdük. Futbolçularımızın performansı pozitiv idi. Bəzi müsbət məqamlar var idi. Topa sahib ola bildik. Ancaq ən vacib olan nəticədi. Buna görə üzgünük. İki qolu standart vəziyyətdən buraxdıq. Biz bilirdik ki, rəqib bu epizodlarda təhlükəlidi. Ancaq yenə də belə qollar buraxdıq. Məğlubiyyətin əsas səbəbi standart vəziyyətlər idi. Digər tərəfdən, qol vurduqdan sonra çox erkən top buraxdıq. Bu oyunda daha artığına layiq idik.

- Geriyə ötürmələri topa nəzarət etmək sayırsız?

- Meydanda çox yaxşı idik. Əsas fərq standrat vəziyyətlərdə idi. Bəli, oyunda geri ötürmələr çox oldu. Rəqib yaxşı pressinq edirdi. Buna görə irəliyə oynamaq çətin olurdu.

- Rahil Məmmədovu əlacsızlıqdan oynadırdız?

- Bu gün bir az həyəcanlı idi. Ancaq əlindən gələni etdi. Onu tənqid etmək istəmirəm. Adam Salaya qarşı oynamaq da çox çətindi. Bundan başqa, müdafiənin mərkəzi ilə bağlı böyük alternativimiz yoxdu.

- Düşünmürsüz ki, hücum xətti ilə bağlı seçimləriniz o qədər də düzgün deyildi? Yoxsa məğlubiyyət yalnız futbolçuların keyfiyəti və standart vəziyyətlər həlledici oldu.

- Düşünmürəm ki, hücum xətti ilə bağlı səhv seçim etmişəm. Standart vəziyyətlər amillərdən biridi. Fikirlər fərqli ola bilər. Mənə görə, yaxşı mübarizə apardıq.

- Macarıstan millisi ən uyğun rəqib sayılırdı. Onlara da evdə uduzduq. Digər matçlarla bağlı necə pozitiv düşünə bilirsiz?

- Mən demirəm ki, hər şey pozitivdi. Bu nəticəyə görə çox məyusam. Nəticə ən vacibidi və buna görə üzgünük.

- Renat Dadaşov və Dmitri Nazarovu niyə fasilədə əvəzləmədiz? İlk hissədə xüsusilə Renat görünmürdü meydanda...

- Bəli, birinci hissədə yaxşı oynamadılar. Hər iki futbolçu fasilədən sonra çox yaxşı oynadı. Nazarov daha çox nəsə etməyə çalışırdı. İkinci hissədə edilən dəyişikliklər oyunu canlandırdı. Müsbət məqamlarla bağlı çox bir şey deyə bilməyəcəm. Bu matçı yaddan çıxarıb, növbəti görüşü düşünəcəyik. İki gün ərzində Slovakiyaya qarşı görüşün heyətini düşünəcəyik.

- Nəticənin belə olmasında taktiki və heyət seçimi ilə bağlı hansısa səhvinizin olduğunu düşünmürsüz ki?

- Bu, bir qədər əvvəl verilən sualın təkrarıdı.

- Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağladığınızı düşünmürsüz?

- O, Rusiya çempionatında da bəzən bu mövedə oynayır. Buna görə də Ramil üçün qeyri-adi deyildi. Onunla danışmışdıq. Cinahda oynamağı bacarır. Burda oynamağı xoşladığını bildirib. Ramili cinahda oynatmaqda məqsəd komandanı daha təhlükəli idi. Belə sualların verilməsi normaldı. Məğlub olmuşuq. Hər kəsin fərqli fikri ola bilər.

- Qrupda hansısa komandanı niyə qabaqlamalıyıq: məşqçimizmi daha yaxşıdı, yoxsa futbolçularımız güclüdü? Məntiqli səbəb deyə bilərsiz?

- Mən tam başa düşmədim bu sualı. Futbolda reytinq deyilən bir şey var. Bu da komandaların səviyyəsini göstərir. Ancaq o demək deyil ki, əl-qolumuzu sallamalıyıq, mübarizə aparmaq lazımdı.

- AFFA prezidenti Rövnəq Abdullayev komanda ilə görüşəndə qələbənin əhəmiyyətindən danışmışdı və AVRO-2020-də iştirakın nə qədər vacib olduğunu qeyd etmişdi. Necə düşünürsüz, hələ də finallara qatılmaq şansımız varmı?

- Biz çalışırıq ki, ən yaxşısını edək. Xorvatiyaya qarşı matçda xal qazana bilərdik. Bu gün də məqsəd yaxşı nəticə idi, ancaq alınmadı. 3 gün sonra Slovakiyaya qarşı oyunumuz var. Yenə məqsəd yaxşı nəticə qazanmaqdı. Həmin matçda yaxşı nəticə qazana bilsək, mübarizədə qalacağıq.

- 3-4 aydı ki, Azərbaycandasız və artıq kifayət qədər informasiyalısız. Ölkədə nəticələri düzəltmək üçün yaxşı futbolçu potensialının olduğunu düşünürsüzmü?

- Bəli. Bizdə artıq bəzi gənc futbolçular var ki, millidə yer alırlar. Ancaq inkişaf etməlidilər. Renat, Mahir, Bəhlul, Anton, Ömər, Aleksey kimi oyunçularımız var. Onlar inkişaf etdikdən sonra ölkə futbolunun reytinqi də artacaq. Bu baş verdikdən sonra isə daha münasib rəqiblərlə qarşılaşacağıq və daha yaxşı nəticələr əldə etmək mümkün olacaq.

- Həmin gənc futbolçular niyə meydanda deyildi. Risk etmədiz?

- 4 belə futbolçu start heyətdə idi. Bəziləri isə ehtiyatda. Başqa komandalarda bəlkə də daha azdı belə oyunçular. Artıq 4 futbolçunun heyətdə olması yaxşı başlanğıcdı.

 

 

Digər xəbərlər

0.45496082305908