Futbolda yeni qayda
UEFA, Beynəlxalq Futbol Federasiyalar Birliyi (FIFA) və Beynəlxalq Futbol Birliyi Heyəti (IFAB) futbolda yeni qayda tətbiq etmək istəyir.
Həkimlərin üzərindəki təzyiqi azaltmaq üçün meydanda beyin sarsıntısı keçirən futbolçunun oyuna davam etməsi əngəllənəcək. Onun yerinə başqa oyunçu meydana daxil olacaq.
UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilmiş “Tottenhem” – “Ayaks” matçı zamanı bunu düşündüyünü deyib. O, “Tottenhem”in müdafiəçisi Yan Vertongenin beyin sarsıntısı keçirməsinə rəğmən, oyunu davam etdirməsindən qorxduğunu bildirib:
“Vertongenə nəsə olacağından qorxdum. Çünki oyuna geri dönəndə də özünü yaxşı hiss etmirdi. O, meydanda ölə də bilərdi”.
“Bu yöndə qaydada dəyişiklik meydana gətirmək üçün FIFA ilə görüşəcəyik. FIFA da bunu həll etməyə çalışır. Əgər futbolçulara nəsə olsa, ömrümüzün sonuna qədər peşman olacağıq. Əgər bir futbolçunun ehtiyacı varsa, ona yardım edilməlidir. Qaydalardakı dəyişiklik oyuna təsir etməyəcək” - deyə Çeferin qeyd edib.
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...