Xəstəxanada keçmiş xanımının başını kəsdi - Bakıda dəhşət
Bakıda kişi keçmiş həyat yoldaşının boğazını kəsib. Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Belə ki, xəstəxanada sanitarka vəzifəsində çalışan 1978-ci il təvəllüdlü Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca həyətə düşüb. Bu zaman onu başı kəsilmiş, ürəyində bıçaqlanmış görüblər.
Məlum olub ki, X. İbrahimova həyətdə mübahisə edən zaman keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimov tərəfindən bıçaqlanıb.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, cütlük 2 ay əvvəl boşanıb.
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...
-
Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində!
...
-
Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri - Video
...
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...
-
Aybəniz Haşımovanın qardaşı həbs edildi
...