Zəngilan İH başçısı Ramiz Həsənovun məcburi köçkünlərlə səyyar görüşləri davam edir

17:10 10-06-2019 | icon 314
Zəngilan İH başçısı Ramiz Həsənovun məcburi köçkünlərlə səyyar görüşləri davam edir
loading...

Zəngilan icra hakimiyyətində vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Zəngilan rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr.

2019-cu ilin aprel - may ayları ərzində zəngilanlı məcburi köçkünlərlə 7 səyyar qəbul keçirilib.

Belə ki, 9 aprel tarixində Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Məcburi köçkünlərlə görüşən Ramiz Həsənov ölkədə aparılan sosial iqtisadi inkişafdan danışaraq ölkəmizin günü-gündən daha da gücləndiyini vurğuladı. Aparılan düzgün daxili və xarici siyasət nəticəsində tezliklə öz doğma torpaqlarımıza qayıdacağımıza əmin olduğunu bildirdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.


Aprel ayının 15-i isə Ramiz Həsənov Zabrat qəsəbəsində yerləşən Bakı maşınqayırma zavodunun 2 saylı yataqxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə görüşdü. Görüş zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi və ayrı-ayrı sahələrə dair qeyd edilmiş məsələlərin həlli üçün mümkün tədbirlərin görüləcəyini bildirdi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu aprel ayının 16-da Nərimanov rayonu, Hidayətzadə 20 ünvanında yerləşən yataqxanada və ətraf evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.


Qəbul zamanı RİH-nin başçısı ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi və ayrı-ayrı sahələrə dair müraciət və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin isə həlli nəzarətə götürüldü və müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Ramiz Həsənovun növbəti səyyar qəbulu aprel ayının 23-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan zəngilanlı məcburi köçkünlərlə keçirildi.


Görüşdə rayon rəhbəri ilə yanaşı, aparatın məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdi.
İlk öncə Zəngilan RİH-nin başçısı Ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısından söz açdı. Ölkə başçısının müvafiq tövsiyə və tapşırıqlarını rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyətinin də sakinləri qayğılandıran bütün məsələləri xüsusi diqqət mərkəzində saxladığını, onların operativ həllinə çalışdığını bildirdi. Daha sonra sakinlərin müraciətləri dinlənildi.

Sabunçu rayonu, Zabrat qəsəbəsində, 9 saylı bağçada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə görüş isə aprelin 30-u baş tutdu.

RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışdı, bu siyasətin nəticəsində insanların vəziyyətinin getdikcə yaxşılaşdığını vurğuladı. İqtisadiyyatın günü-gündən inkişaf etdiyini, əhalinin sosial-məişət problemlərinin həll olunduğunu diqqətə çatdırdı.

Daha sonra müraciətlər dinlənildi. Problemlərin bir çoxu yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov növbəti görüşünü may ayının 4-ü Pirşağı qəsəbəsi, “Məşəl” pioner düşərgəsində məskunlaşan məcburi köçkünlərlə keçirdi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, RİH başçısı aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov çıxış edərək, Prezident cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində iqtisadiyyatımızın günü-gündən inkişaf etdiyini, xarici siyasətdə böyük nailiyyətlər əldə edildiyini vurğuladı. Qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdılar.

May ayının 14-ü Ramiz Həsənovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 26-cı kvartal, bağlar massivi ərazisində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.


Qəbul zamanı rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə görülən işlərdən geniş bəhs edərək Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağına əminliyini ifadə etdi.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətlər dinlənildi.
Ölkəmizdə olan sabitliyə, inkişafa və məcburi köçkünlərə göstərilən diqqətə görə sakinlər ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verərək müsbət həll üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

Bütün səyyar qəbullar zamanı çıxış edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Image result for Zəngilan İH başçısı Ramiz Həsənovun məcburi köçkünlərlə səyyar görüşləri davam edir

Related image


Digər xəbərlər

0.90063309669495