Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa
çatmaq üzrədir. Bu münasibətlə 4 iyul tarixində teatrda təntənəli mükafatlandırma
mərasimi keçiriləcək.
Qeyd edək ki, kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən
əməkdaşların mövsümün sonunda mükafatlandırılması Musiqili Teatrda artıq
ənənəyə çevrilib.
Bu dəfə də “Mövsümün sevilən aktrisası”, “Mövsümün sevilən
aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, Mövsümün ən məhsuldar aktrisası”,
“Mövsümün perespektivli aktyoru”, “Mövsümün perespektivli aktrisası”,
“Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün
ən yaxşı musiqiçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı
tamaşası”, “Teatrın dostu” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq, onlara
xüsusi prizlər və pul mükafatları veriləcək.
Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan
Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa
Sadıqov adına "Büllur alma” mükafatı da təqdim ediləcək.
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...