“Xaliq Faiqoğlu” şirkəti beynəlxalq sərgidə iştirak edir - Fotolar

16:35 11-06-2019 | icon 1972
“Xaliq Faiqoğlu” şirkəti beynəlxalq sərgidə iştirak edir - Fotolar

“Xaliq Faiqoğlu” şirkəti bu gün Bakı Expo Mərkəzində başlayan 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edir.

Şirkət tərəfindən sərgidə "İsuzu Citiport CNG" markalı avtobus nümayiş etdirilir ki, nəqliyyat vasitəsi böyük maraqla qarşılanıb. Sərginin rəsmi açılışından sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, eləcə də yüzlərlə digər yerli və xarici şirkət nümayəndələri və ziyarətçilər “Xaliq Faiqoğlu” şirkətinin stendinə baş çəkib. Onlara nümayiş etdirilən avtobus, eləcə də “Xaliq Faiqoğlu” şirkəti barəsində ətraflı məlumatlar verilib.

Şirkətin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, “Xaliq Faiqoğlu” şirkətinin Bakıya gətirdiyi ilk CNG növlü avtobus olan bu nəqliyyat vasitəsi AVRO-6 standartlarına cavab verir. Avtobus ekoloji standartları tam şəkildə qarşılayır və sərnişinlərin rahatlığı üçün müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, sərginin başa çatmasından sonra əvvəlcədən tərtib edilmiş proqrama əsasən avtobusun Bakı şəhərində sınağı həyata keçiriləcək.

 



Digər xəbərlər

0.26277899742126