Rauf Əliyev “Neftçi”də
“Neftçi” növbəti transferini reallaşdırıb.
Təcrübəli futbolçu Rauf Əliyev 1 illik müqaviləyə imza atıb. 30 yaşlı hücumçu komandanın heyətində 19 nömrəli formanı geyinəcək.
Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb.
-
Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirirlər
...
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
...
-
“Qarabağ” - “Bayer” matçında 4 qol
...
-
Prezidentin nəvələri Qurban Qurbanovla görüşdü - Foto
...
-
AMADA rəsmisi Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak edib
...
-
“Qarabağ” “Bayer”lə üz-üzə
...
-
Abbas Hüseynov: " "Bayer"ə təslim olmaq fikrimiz yoxdur"
...
-
Hacıağa Hacılı: "Faydalı futbolçuların sıradan çıxmasını kompensasiya etmək olmur"
...
-
Tural Cəlilov: "Derbiyə layiq oyun oldu"
...
-
Strasburqda Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb
...