Dəmir Yollarından rüşvət ittihamlarına - Cavab
"2019-cu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb."
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.
"Son günlər bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:
2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınıb. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər.
Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin “Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.
https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/
Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur".
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...