“Bizim bütün futbolçuları toplasan, 25 milyon etməz” - Yurçeviç

14:14 12-06-2019 | icon 2144
“Bizim bütün futbolçuları toplasan, 25 milyon etməz” - Yurçeviç

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçı qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransına qatılan millimizin baş məşqçisi Nikola Yurçeviç məğlubiyyəti belə şərh edib:  

“Bu nəticədən sonra nəsə demək çətindir. Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq. Lakin erkən qol buraxdıq. Hər buraxdığımız qolu şərh etmək istəmirəm. Hesab 1:4 olduqdan sonra oyun bitdi. Rəqibin ulduz futbolçuları var. Təkcə Stanislav Lobotkanın qiyməti 25 milyondur. Bizim bütün futbolçuları toplasan, 25 milyon etməz".

- Baş məşqçi olaraq əvəzetmələrin gecikdiyini düşünmürsünüz ki?

1:5-dən sonra çox müzakirə edə bilərik. 55-60-cı dəqiqədən sonra dəyişiklik etmək istəyirdim. Lakin razılaşmıram ki, meydanda mübarizə aparan tək futbolçu Ramil Şeydayev idi. Bəzi şanslarımız var idi. Lakin 60-cı dəqiqədən sonra rəqibi qarşılamaq çətin idi.

- Azarkeşlərdən üzr istəmək istəmirsiniz?

Əlbəttə, bu, böyük şok idi. Böyükhesablı məğlubiyyətə görə, azarkeşlərdən üzr istəyirəm.

- Slovakiyada bir futbolçunun 25 milyon olduğunu dediniz. Amma Fransa millisinin heyətində təkcə Mbappenin qiyməti 100 milyon avrodur. Buna baxmayaraq, Türkiyə onları 2:0 məğlub etdi. Diqqətinizə çatdırmaq istərdim ki, meydanda dollar və ya avro oynamır... Xəcalət çəkirsinizmi?

1:5 hesablı məğlubiyyət utancvericidir. Sadəcə, bunu fakt kimi dedim ki, rəqibin futbolçuları Avropanın səviyyəli çempionatlarında çıxış edir. Əlimizdən gələni etməliyik. Hər zaman qələbə qazanmaq olmur. Rəqiblərimiz bizdən çox güclüdür.

 

 

Digər xəbərlər

0.34428787231445