Prezidentin 2 il əvvəl irad tutduğu məsələlər həll edildi - “Yanardağ”dan video
Bu gün əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.
Prezident İlham Əliyevə birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlət başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.
Dövlət başçısı qoruğun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.
Bildirilib ki, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...