Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”.
Bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib.
“Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər.
Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.
Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta Nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.
O. Gündüz deyir ki, nazirliyin isə dünənki açıqlamasında tamam fərqli mesajlar verilib: “Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları Nazirdən gizlədən və ya manipulyasiya edən?
Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.
Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə, görünən odur ki, hələlik buna qarşıdır”.
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...