Şər-böhtan yazanlara tutarlı cavab...

11:49 13-06-2019 | icon 137
Şər-böhtan yazanlara tutarlı cavab...
loading...

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir.

Düzdür, məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Ziyəddin müəllim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazmaq yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.


Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevi əvəz edə bilməz.

Yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Ziyəddin müəllim yüksək insanlığı ilə seçilən bir insan və icra başçısıdır. O, idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun çoxsahəli peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Quba sakinləri də saytımızın elektron poçtuna ünvanladıqları məktublarda İcra Hakimiyyətinin başçısının fəaliyyətinə dair razılıq hisslərinin ifadə edirlər:

"Sağolsun Quba Rayon İcra Hakimiyyəti bizi həmişə diqqətdə saxlayıb. Problemimiz olanda, müraciət edirik, bizi incitmirlər. Qəbul günlərində, ya da görüşlərdə rahatlıqla dərdimizi deyirik, İcra Hakimiyyəti də imkan daxilində köməkliyini göstərir, bizi dar vəziyyətdə qoymur."

Bu cümlələr də məktublarda ən çox rastlaşdığımız cümlələrdən oldu.

Bəzi media orqanları isə Quba rayon İcra Hakimiyyətinin başçısı haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə başçı barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Qeyd edək ki, bəzi saytlarda guya icra başçısına aid şirkətlərdən birində işlərə nəzarət edən zaman çəkilmiş video görüntüsü yayılıb. 

Bildirmək istəyirik ki, Ziyəddin müəllim icra başçısı təyin olunduğu 2017-ci ilə kimi 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Həmin görüntülər də həmin illərdə dövlət xətti ilə baş tutan tədbirlərin birində lentə alınıb.

Odur ki, belə əsassız məlumatları yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

P.S. Bir daha bildiririk ki, Quba icra hakimiyyəti bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və buranın işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq üçün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları bütün sağlam əqidə ilə düşünən qubalılara qarşı yönəlmiş hesab edirik.


Digər xəbərlər

0.28201198577881