İsmayıllıda tarixi günlərə həsr olunmuş futbol çempionatı
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 may 2019-cu il tarixdən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş rayonun futbol çempionatına başlanıb. 8 komandanın cəlb olunduğu çempionatın yarışları mütəşəkkil, aid strukturların nümayəndələrinin, xüsusilə yerlifutbol federasiyasının sədri Şəmşir Kazımovun fəal iştirakı ilə keçirilib.
Çempionatın final yarışı İsmayıllı Olimpiya İdman Kompleksində “Babadağ” və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Hacıhətəmlinin futbol komandası çempion adını qazanıb. İkinci pillədə “Babadağ” komandası qərar tutub, üçüncü yeri “Aşağıbaş” komandası qazanıb.
Qaliblərə kubok, diplom və medalları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon polis şöbəsinin rəisi, yerli futbol federasiyasının sədri Şəmşir Kazımov və İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov təqdim ediblər.
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...