Ruslan Abışov “Sabah”da

18:53 13-06-2019 | icon 2470
Ruslan Abışov “Sabah”da

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.


Digər xəbərlər

0.22697401046753