Polislər üçün lüks avtomobil - Biri 3,7 milyondur+Fotolar

13:34 14-06-2019 | icon 2943
Polislər üçün lüks avtomobil - Biri 3,7 milyondur+Fotolar

Birləşmiş Ərəb Əmirlikləri yerli polislər üçün lüks avtomobillər alıb.

Söhbət “Lykan HyperSport Special Forces” model maşından gedir.

Avtomobilin birinin qiyməti 3,7 milyon dollardır və sadəcə, 7 ədəd istehsal edilib.

Say məhdud olduğundan maşınlardan paytaxt Abu-Dabidə istifadə olunacaq.

“Lykan HyperSport Special Forces” 3,7 litrlik turbo mühərrikə sahibdir. 740 at gücündədir və 0-dan 100 km/s surətə 2,8 saniyədə çatır. Bu göstərici 0-dan 200 km/s surətə 9,4 saniyədir.

Avtomobilin maksimum surəti isə saatda 395 km/s-dir.

 




Digər xəbərlər

0.31371188163757