Azərbaycan nefti ucuzlaşır

13:34 14-06-2019 | icon 2509
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,82 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,36 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.


Digər xəbərlər

0.25260519981384