Qaradağdakı məktəblərdə “Son zəng” keçirilib - Foto

21:53 14-06-2019 | icon 282
Qaradağdakı məktəblərdə “Son zəng” keçirilib - Foto
loading...

14 iyunda Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.

Ələt qəsəbəsindəki S.Məmmədov adına 110 saylı orta məktəbdə keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Rayon məktəblərində tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılıb. Hər bir tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Lökbatan qəsəbəsində yerləşən F.Rəfiyev 166, E.Həsənov adına 139, Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228, Ələt qəsəbəsindəki S.Məmmədov adına 110, Puta qəsəbəsindəki K.Yaqubov adına 184, Qobustan qəsəbəsindəki 321, Müşfiqabad qəsəbəsindəki E.Şirəliyev adına 174 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri daha yaddaqalan olub.

Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar diləyiblər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıblar.

 




Digər xəbərlər

0.41272592544556