Rəsulzadənin şəkli olan avro saxta deyil - Foto

21:55 14-06-2019 | icon 2956
Rəsulzadənin şəkli olan avro saxta deyil - Foto

 Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Nuru paşanın şəkilləri olan avro xatirə pul nişanı dövriyyəyə buraxılıb. Daha sonra xəbər təkzib olunaraq əsginazın fotoşop olduğu bildirilib.

Buna səbəb isə, məlumatı sosial şəbəkədə ilk paylaşan şəxslərin pulun Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxıldığını iddia etməsi olub. Belə ki, iddia ilə bağlı banka sorğu göndərilib və cavabda qurum belə bir nişanı dövriyyəyə buraxmadıqlarını bildirib.

Məsələ burasındadır ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunan əsginaz nümunələrindən biridir və Avropa Mərkəzi Bankının turizm məqsədilə pul kəsiminə lisenziya verdiyi müəssisələrdə çap olunur.

Əsginaz hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq. ⁣

Layihənin müəllifi türkiyəli kolleksioner Özgür Honçadır və o, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.

Sıfır göstərişli pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub.


Digər xəbərlər

0.27760696411133