İcra başçısı “Son zəng” tədbirlərinə qatılıb - Foto
14 iyunda Nizami rayonundakı ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
229 və 32 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, başçının birinci müavini Qərib Məmmədov, başçının müavini Gülnaz İsrafilova, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivləri, şagirdlər və valideynləri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə məktəb direktorları Fəridə Bağırova və Sevda Abdullayeva məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıblar, məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurlar barədə məlumat veriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Arif Qasımov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb.
“Son zəng” tədbirləri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Nizami rayonunun digər orta təhsil müəssisələrində də “Son zəng” tədbirləri yüksək təşkilatçılıqla keçirilib.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...