Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medala sahib oldu
Macarıstanda yaşayan balaca həmyerlimiz doğma vətənimizdə qələbə sevinci yaşadı.
Belə ki, iyun ayının 12-dən 15-dək Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii
Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda 9 yaşlı Mina Abbasova fəxri kürsünün ən
yüksən pilləsinə qalxıb. Rusiya, Belorusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Dağıstan,
Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin iştirak etdiyi bu yarışda Macarıstanda
yaşayan həmyerlimiz Mina Abbasova yenə də həmyaşıdları arasında fərqlənib. Müxtəlif yaş
kateqoriyalarından olan 400-dən artıq idmançının qatıldığı turnirdə o, 2010-cu il təvəllüdlü
gimnastlar arasında qızıl medala sahib olub.
Qeyd edək ki, sayca 34-cü medalını (12 qızıl, 19 gümüş, 3 bürünc) doğma Bakıda
qazanan Mina Abbasova müxtəlif uluslararası yarışların ən yüksək mükafatlarına layiq
görülmüşdür. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli
hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və
iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı
təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia”
kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya
oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğurlar, Mina,
arzularına çatasan!
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...