Binəqədi rayonunda da “Son zəng” tədbiri keçirilib - Foto

22:03 14-06-2019 | icon 3094
Binəqədi rayonunda da “Son zəng” tədbiri keçirilib - Foto

2018-2019-cu tədris ilinin başa çatması münasibətilə 100 nömrəli tam orta məktəbdə də "Son zəng" keçirildi. Tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəbin şagird heyəti və müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər.

Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən məktəbin direktoru Gülnarə Məmmədova ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib. 

Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Elxan Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb. Natiq müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılanıb. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalınıb.

 


Digər xəbərlər

0.30535507202148