Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub - Fotolar
Lənkəran rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilib.
Bayram tədbirində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektiv üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı ümummilli liderin abidəsi önünə çiçəklər düzdükdən sonra ümümxalq ziyarəti başlanmış və minlərlə lənkəranlı gül-çiçək dəstələri ilə Azərbaycan xalqının böyük xilaskarı, vətənpərvər Heydər Əliyevin Vətənimizin azadlığı və dövlətçiliyimizin xilası yolunda göstərdiyi tarixi xidmətlərinə dərin hörmət və ehtiramını ifadə etmək üçün onun abidəsini gül-çiçək dəstələri ilə ziyarət ediblər.
Həmin gün Heydər Əliyev Mərkəzində də qələbəlik olub, İcra başçısı və tədbir iştirakçıları mərkəzdə Heydər Əliyev muzeyinə baş çəkib oradakı eksponatlara bir daha tanış olublar.
Tədbir şəhər Mədəniyyət mərkəzində elmi-praktik konfrans və bayram konserti ilə yekunlaşıb.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...