Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində

09:53 16-06-2019 | icon 3649
Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində

Son Azərbaycan çempionu “Qarabağ” yoxlama matçı keçirib.

Ağdam təmsilçisi “Azərsun Arena”da “Səbail”lə üz-üzə gəlib.

Qarşılaşma Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın oyuna çıxdığı start heyətdə Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yer alıb. O, bunadək “atlılar”ın əvəzedici komandasında çıxış edib.


Digər xəbərlər

0.26865696907043