Həbibdən onunla şəkil çəkdirmək istəyən uşağa qeyri-adi şərt - Video

22:50 16-06-2019 | icon 2754
Həbibdən onunla şəkil çəkdirmək istəyən uşağa qeyri-adi şərt - Video

Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov “Barselona” azarkeşini “Hala Madrid” deməyə məcbur edib.

Idmançı ilə şəkil çəkdirmək istəyən uşaq onun şərtini yerinə yetirməyə məcbur olur. Belə ki, H. Nurməhəmmədov onunla bir şərtlə şəkil çəkdirməyə razı olacağını deyir. İdmançı uşağın “Barselona” fanatı olduğunu bildiyi halda, ondan rəqib komanda “Real Madrid”in şüarı olan “Hala Madrid” deməyini istəyir.

 

Uşaq Nurməhəmmədovun şərtini yerinə yetirir və onunla şəkil çəkdirir.

Sözügedən görüntülər qısa vaxt ərzində sosial şəbəkələrdə saysız-hesabsız baxış sayı toplayıb.

 

 

Digər xəbərlər

0.271320104599